AZ

Gicitkənin şəfa gücü

ain.az, Saglamolun saytına istinadən bildirir.

TƏBİİ MÜALİCƏ MƏNBƏYİ

Qan üçün əhəmiyyətlidirGicitikənın tərkibində dəmir, C və K vitaminləri, həmçinin fol turşusu mövcuddur. Bu maddələr qanın tərkibinin yaxşılaşmasına, hemoglobin səviyyəsinin artmasına və qanazlığı riskinin azalmasına kömək edir. Xüsusilə yaz aylarında qəbul edilən gicitika orqanizmi gücləndirir.

İltihabı azaldır və ağrını yüngülləşdirirBitki antioksidantlarla zəngindir. Oynaq və əzələ ağrıları zamanı iltihabi prosesləri zəiflədə, revmatik şikayətlərin azalmasına dəstək ola bilər. Müntəzəm istifadəsi orqanizmdə toksinlərin xaric olunmasına yardım edir.

Saç və dəri sağlamlığıGicitikən ekstraktı saç köklərini möhkəmləndirir, saç tökülməsini azalda bilər. Dərinin yağ balansını tənzimləyir, sızanaq və qızartıların azalmasına kömək edir.

İmmuniteti gücləndirirVitamin və minerallarla zəngin tərkibi immun sisteminin fəaliyyətini dəstəkləyir, mövsümi infeksiyalara qarşı müqaviməti artırır. Gicitika çay və ya həlim şəklində istifadə oluna bilər.

Saglamolun.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
153
saglamolun.az

1Mənbələr