AZ

Milan–Kortinada Litvintsevin ilk çıxışı

İtaliyanın Milan və Kortina-d'Ampezzo şəhərlərində təşkil olunan XXV Qış Olimpiya Oyunlarında fiqurlu konkisürmə yarışlarına start verilib.

90deqiqe.Az xəbər verir ki, Azərbaycan millisinin üzvü Vladimir Litvintsev kişilərin fərdi yarışında qısa proqram üzrə çıxış edib. Təcrübəli idmançı 63,63 xal toplayaraq hələlik 13-cü sırada yer alıb.

Yarışda 29 konkisürən mübarizə aparır. Reqlamentə əsasən, ilk 24 pillədə qərarlaşan idmançılar sərbəst proqramda çıxış etmək hüququ əldə edəcəklər.

Qeyd edək ki, bu, Litvintsevin karyerasında ikinci Qış Olimpiya Oyunlarıdır. O, Pekin-2022-də 18-ci yeri tutmuşdu.

Seçilən
47
90deqiqe.az

1Mənbələr