AZ

Viktor Orban: Brüsselin bu planı Macarıstana açıq müharibə elanıdır

Brüsselin Ukraynanın Avropa Birliyinə qoşulması ilə bağlı yeni planını Macarıstana  qarşı açıq müharibə elanı deməkdir.

Ölkə.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban  deyib.

 “Onlar qərara gəliblər ki, Ukrayna 2027-ci ilin əvvəlində Avropa Birliyinə qəbul ediləcək. Bu yeni plan Macarıstana açıq müharibə elanıdır. Onlar Macarıstan xalqının qərarını qulaqardına vurur və Macarıstan hökumətini istənilən vasitə ilə devirmək əzmindədirlər. Onlar Tisza partiyasının hakimiyyətə gəlməsini istəyirlər, çünki o zaman veto, müqavimət, münaqişədə qalmaq imkanı olmayacaq. Bu aprel ayında macarlar səsvermə qutusunda onları dayandırmalıdırlar. Fidesz Macarıstanla Brüssel hakimiyyəti arasında dayanan yeganə qüvvədir və Macarıstanın suverenliyinin yeganə təminatçısıdır”, - Orban sosial media hesabında yazıb.

 Mürtəza

Seçilən
40
1
olke.az

2Mənbələr