AZ

Biz onun gəlişi sayəsində trebl etdik Xosep Qvardiola

Fanat saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola komandanın bu il yüksək məhsuldarlıq nümayiş etdirə bilməyən norveçli hücumçusu Erlinq Holanddan danışıb.

Fanat.Az xəbər verir ki, onun sözlərini "şəhərlilər"in rəsmi saytı belə çatdırıb:

"Erlinqin problemi budur ki, o, öz göstəriciləri və gözləntilərinin öhdəsindən gəlməlidir. Uzun illər sabitliyi qorumaq asan iş deyil. Bu, Holand üçün bir çağırışdır. Səndən mövsüm ərzində 5 qol gözləyirlərsə, inkişafa davam edəcəksən. 

Biz onun gəlişi sayəsində trbel etdik. Holand həmin ilk mövsümündə bilmirəm neçə, amma həqiqətən çox qol vurdu və gözləntilər artdı. Bəzən dörd-beş qarşılaşmada fərqlənmirsə, bu, bir təsadüfdür. Bəli, son matçlarda yüksək göstəricilərlə diqqət çəkmədiyini unutmuruq, məhz ona görə indiki mövqeyimizdəyik. Holand mövsümün geridə qalan böyük hissəsində qolları sıralamasaydı, bilmirəm kim vuracaqdı. Bizim Çempionlar Liqasında və Premyer Liqadakı indiki mövqeyimiz onsuz mümkün olmazdı".

Bu mövsüm İngiltərə Premyer Liqasında 25 matça çıxan Holand 21 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Skandinaviyalı ulduz Çempionlar Liqasında 8 qarşılaşmada 7 dəfə rəqib qapılarına yol tapıb.

Nihat  

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
1
fanat.az

2Mənbələr