AZ

“İsa Məsih” adını götürən şəxs İFŞA OLUNDU – Məhkəmə adını ƏLİNDƏN ALDI – FOTO

Rusiyada “İsa Məsih” adını daşıyan şəxs adından məhrum edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Rusiyanın Kazan şəhərində qeyri-adi məhkəmə qərarı verilib. Cinayət keçmişi olan və özünə rəsmən “İsa Məsih” (İsus Xristos) adını götürən yerli sakin yenidən əvvəlki adına qayıtmağa məcbur edilib.

Məlumata görə, həmin şəxsin kriminal keçmişi və bu addan istifadə etməsinin möminlərin dini hisslərini təhqir etməsi əsas gətirilib və dövlət orqanları tərəfindən onun adının dəyişdirilməsi barədə qərar çıxarılıb.

Beləliklə, o, yenidən Yevgeni Petroviç Çekulayev adını daşıyacaq.

Qeyd edək ki, Çekulayev əvvəllər soyğunçuluq, quldurluq və miqrantların saxta qeydiyyata alınması maddələri ilə mühakimə olunub.

Məhkəmə hesab edib ki, ağır cinayətlər törətmiş bir şəxsin müqəddəs ad daşıması cəmiyyətdə mənfi rezonans doğurur və etik normalara ziddir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
24
interpress.az

1Mənbələr