AZ

Özbəkistanda radioaktiv tullantıların saxlanma mərkəzi yaradılacaq

Bakı. Trend:

Özbəkistanda ölkənin Elmlər Akademiyasının Nüvə Fizikasıİnstitutu nəzdində Radioaktiv Tullantıların Saxlanma Mərkəziyaradılacaq.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə hökumətin müvafiq sərəncamınınmətni ölkə qanunvericiliyinin milli məlumat bazasının saytında dərcolunub.

Qeyd edilib ki, sənəd respublikada radioaktiv tullantılarınbeynəlxalq standartlar əsasında basdırılmasının əlaqələndirilməsivə ətraf mühitin radioaktiv çirklənmədən qorunması sisteminin dahada təkmilləşdirilməsi məqsədilə qəbul edilib.

Dövlət müəssisəsi respublikada tullantıların daşınması, qəbulu,çeşidlənməsi və təhlükəsiz saxlanması üzrə xidmətlər göstərənyeganə qurum olacaq. Qərara əsasən, mərkəzdə həmçinin elmitədqiqatlar aparılacaq və radioaktiv tullantılarla işlənmənin yeniüsulları hazırlanacaq.

Seçilən
33
1
az.trend.az

2Mənbələr