AZ

NATO Arktikada yeni missiyaya start verdi

Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

NATO-nun Əməliyyatlar üzrə Birgə Qüvvələr Komandanlığı Arktika və Uzaq Şimalda müttəfiqlərin hərbi mövcudluğunu gücləndirmək məqsədilə “Arctic Sentry” missiyasına start verib.

“Qafqazinfo” xəbər verir ki, bu gün elan edilən yeni missiya alyans ölkələrinin regiondakı fəaliyyətlərini vahid əməliyyat konsepsiyasında birləşdirəcək.

Buraya çoxsahəli təlimlər, o cümlədən Danimarkanın “Arctic Endurance” və Norveçin martın 9-da başlayacaq “Cold Response 2026” manevrləri daxildir. Artıq 4000-ə yaxın ABŞ hərbçisi də daxil olmaqla, müttəfiq bölmələrinin Norveçə gəlişi başlayıb.

Qeyd edək ki, missiya Rusiyanın bölgədəki hərbi aktivliyi və Çinin artan maraqlarına cavab olaraq başladılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
qafqazinfo.az

1Mənbələr