AZ

ZÜLFÜQARLILARIN AVTOMOBİLİ İLƏ ÖLÜM İŞİ– Ramiz Mehdiyevin qardaşı oğlu hansı qərarı verəcək?

Bu gün Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Şükür Məmmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. O, ötən il yanvarın 22-də Nizami rayonu ərazisində, Neftçilər metrostansiyasının yaxınlığında idarə etdiyi “Tofaş Doğan” markalı 10-MR-644 dövlət nömrə nişanlı avtomobillə piyada keçidi üzərində 33 yaşlı Pirizadə Günay Əli qızını vuraraq öldürməkdə təqsirləndirilir.

Ona qarşı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması – cinayət əməlinin tövsifedici əlaməti qismində zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham irəli sürülüb. Bu əmələ görə üç ilədək müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.

Qeyd edək ki, mərhum G. Pirizadə Suraxanı rayonu 278 saylı orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edib. Hadisədən bir ildən artıq vaxt ötməsinə baxmayaraq, məhkəmə hökmü elan olunmayıb. Təqsirləndirilən Şükür Məmmədov barəsində isə 21 aprel 2025-ci il tarixdə məhkəmə tərəfindən polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib və o, bu müddətdə azadlıqda olub.

Seçilən
30
azpost.info

1Mənbələr