Gəncədə gənc oğlanın xəsarət almasının səbəbləri məlum olub.
APA-nın yerli bürosunun məlumatına görə, polis əməkdaşları tərəfindən aparılan ilkin araşdırmalar zamanı ruhi-əsəb dispanserində qeydiyyatda olan C. Əliyevin özünə xəsarət yetirdiyi müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
Gəncə sakininə kəsici-deşici alətlə xəsarət alıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, 2006-cı il təvəllüdlü C. Əliyev kəsici alətdən aldığı yara ilə xəstəxanaya çatdırılıb.
Ona ilkin tibbi yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.