AZ

NATO Baş katibi: Rusiya ilə dialoqu dəstəkləyəcəm

Mia.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Əgər Avropa müttəfiqləri Rusiya ilə dialoqa başlamaq qərarına gəlsələr, mən bu qərarı dəstəkləyəcəm".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri NATO Baş katibi Rutte sabahkı Müdafiə Nazirləri iclası ilə bağlı keçirilən  mətbuat konfransında deyib.

O, iclasda Ankarada keçiriləcək növbəti sammitə hazırlıqları müzakirə edəcəklərini bildirək qeyd edib ki, görüşdə Ukraynaya dəstək əlahiddə müzakirə olunacaq: "Ukraynanın yeni müdafiə naziri Mixaylo Fedorov və Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas da iclasda iştirak edəcək".

Baş katib Avropa müttəfiqlərinin Rusiya ilə dialoqa girib-girməməsi ilə bağlı suala isə belə cavab verib: "Müttəfiqlərə məsləhət vermək mənim işim deyil, amma düşünürəm ki, əlbəttə ki, hər bir müttəfiq ölkə dialoqa açıqdır. Şəxsən mən bu dəhşətli müharibəyə daha tez son qoyacaq hər hansı bir təşəbbüsü təşviq edirəm".

Samir MUSAYEV

mia.az 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
mia.az

1Mənbələr