AZ

Avropa İttifaqı Gürcüstanda "demokratiya qurmaq" üçün tanklar göndərməyə hazırdır



Bəzi Avropa liderlərinin fürsətləri olsaydı, Gürcüstana demokratiya qurmaq üçün tanklar göndərərdilər.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Gürcüstan Parlamentinin spikeri Şalva Papuaşvili jurnalistlərə bildirib.

Qeyd edək ki, 2024-cü ilin may ayında Gürcüstan parlamenti Xarici Təsirlərin Şəffaflığı haqqında Qanunu qəbul etdi və ölkənin Aİ və ABŞ ilə münasibətləri pisləşməyə başlayıb. Aİ dəfələrlə Gürcüstan hakimiyyətini qanundan imtina etməyə çağırsa da, "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının liderləri qanunun məqsədinin Gürcüstanda fəaliyyət göstərən QHT-lərin maliyyə axınlarının şəffaflığını təmin etmək olduğunu israrla bildiriblər. QHT-lərin bəziləri ölkədə inqilab yaratmağa çalışırdı.

26 oktyabr 2024-cü ildə keçirilən parlament seçkilərində "Gürcü Arzusu - Demokratik Gürcüstan" səslərin 53,93%-ni qazanaraq qanunverici orqandakı 150 yerdən 89-nu təmin edib.

Anar
Seçilən
34
1
newscenter.az

2Mənbələr