AZ

ABŞ Meksika sərhədində uçuş qadağasını ləğv etdi

ABŞ Meksika sərhədində uçuş qadağasını ləğv etdi

ABŞ Federal Aviasiya Administrasiyası (FAA) Texas ştatının El-Paso şəhərinin hava məkanını 10 gün müddətinə uçuşlara bağladığını elan etdikdən bir neçə saat sonra qadağanın ləğv edildiyini açıqlayıb.

FAA-nın rəsmi internet saytında dərc olunan bəyanatda Meksika sərhədində yerləşən El-Paso şəhərinə ediləcək uçuşlarla bağlı yeni təhlükəsizlik tədbirləri elan edilib. Açıqlamada El-Paso Beynəlxalq Hava Limanı ətrafındakı hava məkanının xüsusi təhlükəsizlik səbəbləri ilə 10 günlük bağlanacağı bildirilmişdi. Müvəqqəti qadağanın Meksika hava məkanını əhatə etmədiyi qeyd olunsa da, əlavə təfərrüat verilməmişdi.

Uçuş qadağasının aviaşirkətlərin fəaliyyətində ciddi fasilələrə səbəb olacağı müzakirə edildiyi bir vaxtda FAA-nın sosial media hesabından yeni bir paylaşım edilib. Qadağanın elanından bir neçə saat sonra gələn paylaşımda "El-Paso üzərindəki hava məkanının müvəqqəti bağlanması qərarı ləğv edilmişdir", - ifadəsi yer alıb. Bölgədə kommersiya aviasiyası üçün hər hansı təhlükənin olmadığı və bütün uçuşların normal rejimdə davam edəcəyi vurğulanıb.

CNN-in verdiyi məlumata görə, ABŞ hökumət rəsmilərindən biri Meksika kartellərinə məxsus pilotsuz uçuş aparatlarının (PUA) ABŞ hava məkanını pozduğunu bildirib. El-Paso hava məkanındakı qısa müddətli qapanmanın məhz bundan qaynaqlandığını qeyd edən rəsmi, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) PUA-lara qarşı tədbirlər gördüyünü ifadə edib.

Səlahiyyətli şəxs FAA və Pentaqonun bölgədə mülki aviasiya üçün təhlükə qalmadığını müəyyən etdikdən sonra qadağanın qaldırıldığını dilə gətirib.

Seçilən
49
afn.az

1Mənbələr