AZ

Şifer qadağan olunur, bəs indiyə qədər istifadə edilmiş evlərin taleyi necə olacaq? AÇIQLAMA

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda insan sağlamlığı üçün ciddi təhlükə mənbəyi hesab edilən asbest və tərkibində bu maddə olan inşaat materiallarının mülki dövriyyəsi rəsmən qadağan edilir. Milli Məclis tərəfindən qəbul olunan yeni qanun layihəsinə əsasən, 2027-ci il iyulun 1-dən etibarən ölkəyə asbestin idxalı, eləcə də onun istehsalı və satışı tamamilə dayandırılacaq. Ümumdünya Səhiyyə Təşkilatının xərçəng yaradan maddələr siyahısında yer alan bu materialın istifadədən çıxarılması ölkədə ekoloji təhlükəsizliyin təmin edilməsi və onkoloji xəstəliklərin profilaktikası istiqamətində atılan ən kəskin addımlardan biri kimi qiymətləndirilir.Məsələ ilə bağlı daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Azadov Demokrat.az-a bildirib ki, Avropa bu materialların istifadəsinə çoxdan qadağa qoyub:"Ölkəmizdə bu tədbirlər tədricən həyata keçirilir. Şiferlər əsasən Sovet dövründə inşa olunan fərdi evlərin damında istifadə olunub. Uzun illər açıq havada qaldığı üçün mövcud şəraitdə heç bir mənfi təsiri yoxdur. Ölkəmizdə bu maddədən ibarət materiallar dam örtüyü və kanalizasiya borularında olub. Artıq 10-15 ildir ki, bu materiallar çox az istifadə olunur. Şiferin əvəzinə daha müasir və yüngül metallardan istifadə edilir". Ekspert Elnur Azadovun fikrincə, asbestə qoyulan qadağa Azərbaycan üçün gözlənilməz deyil, çünki ölkəmizdə bu materialların istifadədən kənarlaşdırılması prosesi artıq 15 ilə yaxındır ki, təbii şəkildə gedir. Avropanın bu təhlükəli maddədən çoxdan imtina etdiyini xatırladan ekspert, ölkəmizdə vaxtilə geniş yayılan asbestli şiferlərin və kanalizasiya borularının yerini artıq metal kirəmitlərin və polietilen boruların tutduğunu vurğulayıb. O, həmçinin qeyd edib ki, yeni qadağa köhnə evlərin damındakı mövcud örtüklərin məcburi sökülməsini nəzərdə tutmur, çünki uzun illər açıq havada qalan bu materiallar cari vəziyyətdə birbaşa təhlükə yaratmır."Fərdi evlərin damları isə daha müasir, yüngül materiallardan, metal və digər əvəzləyici vasitələrlə hazırlanır. Materialən indiyə qədər tətbiq edildiyi yerlərdə isə söküntü aparılmayacaq".Əfsanə Kamal

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
1
demokrat.az

2Mənbələr