AZ

İrəvana uçuşlar başlayır - Həftədə 14 dəfə

Türk Hava Yolları 2026-cı ilin iyun ayından etibarən İstanbuldan Yerevana və əks istiqamətdə 14-ə qədər uçuş həyata keçirməyi planlaşdırır.

Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Yerevanın Zvartnots Hava Limanının mətbuat xidməti məlumat yayıb.

Aviaşirkət 11 martda gündəlik uçuşlara başlayacaq, 14 maydan etibarən həftədə 10-a qədər uçuş planlaşdırılır və 15 iyundan etibarən bu rəqəm 14-ə çatdırılacaq - deyə çəlumatda qeyd olunur.

Qeyd edək ki, Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç planlaşdırılan uçuşları 2025-ci ilin dekabr ayında elan etmiş və onları "daha bir irəliləyiş" adlandırmışdı.

ElcanMissiya.Az

Seçilən
47
missiya.az

1Mənbələr