AZ

Britni Spirs bütün hitlərinin hüquqlarını satdı

Amerikalı müğənni Britni Spirs bütün musiqi kataloqunun hüquqlarını satıb.

"Unikal" xəbər verir ki, ifaçı məşhur mahnılarının "Baby one more time", "Oops!… I did it again", "Toxic", "Gimme more" kimi qlobal hitlərin müəlliflik payını və başqa hüquqları musiqi nəşriyyatçısı "Primary Wave" şirkətinə satıb.

Məlumata görə, bu razılaşma 30 dekabr 2025-ci ildə imzalanıb. Məbləği rəsmi açıqlanmasa da, bəzi xarici mediada bu rəqəmin 200 milyon dollar civarında olduğu yazılıb.

Müğənni və şirkət hələlik bununla bağlı rəsmi açıqlama verməyiblər.

Qeyd edək ki, Britni 1999-cu ildə debüt edəndən bəri 150 milyondan çox albom sataraq dünya miqyasında böyük uğur qazanıb. O, 9 studiya albomu buraxıb. 

Seçilən
107
unikal.az

1Mənbələr