AZ

Martın 1-dən Moskvada mühüm DƏYİŞİKLİK: Şəhər mərkəzinə giriş PULLU OLACAQ

“Moskva-Siti” və Moskvanın digər rayonlarına giriş pullu ola bilər.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı avto-hüquqşünaslara istinadən məlumat yayıb.

Məlumata görə, artıq martın 1-dən etibarən Rusiyanın paytaxtındakı “Moskva-Siti” işgüzar mərkəzinə və digər bəzi rayonlara avtomobillə giriş ödənişli ola bilər.

Sürücülərdən ödənişlər xüsusi məsafədən idarəetmə sistemi vasitəsilə avtomatik çıxılacaq və toplanan vəsait regional büdcəyə yönəldiləcək.

Hüquqşünas Lev Voropayev qeyd edib ki, pullu girişin tətbiq olunacağı ərazilər dəqiq müəyyənləşdiriləcək:

“Öz nəqliyyat vasitəsi ilə bu zonalara daxil olan hər kəs ödəniş etməli olacaq. Yalnız kommunal və digər dövlət xidmətləri üçün istisnalar ediləcək. Paytaxtda ilk növbədə söhbət ‘Moskva-Siti’ rayonundan gedir”.

Ekspertin sözlərinə görə, analoji təcrübənin gələcəkdə Rusiyanın digər milyonçu şəhərlərində də tətbiq edilməsi gözlənilir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
92
interpress.az

1Mənbələr