AZ

Mitsotakisdən Ərdoğana: İki ölkə arasındakı problemlər...

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Türkiyə ilə münasibətlərdə mübahisəli məsələlərin sakit və yetkin şəkildə müzakirə edilməsinin vacibliyini vurğulayıb.

Globalinfo.az xəbər verir ki, o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında bildirib ki, iki ölkə problemləri qarşılıqlı dialoq yolu ilə həll etməlidir.

“Türkiyə və Yunanıstan problemlərini sakit və yetkin formada həll etməli olan iki ölkədir. Hesab edirik ki, bu məsələləri səmimi şəkildə öz aramızda müzakirə etməliyik. Hər zaman razılaşmaya və ya istənilən mövzuda konsensusa nail olmasaq belə, dialoq davam etməlidir”, – Mitsotakis deyib.

Baş nazir xüsusilə Egey dənizində kontinental şelf və müstəsna iqtisadi zonalarla bağlı məsələlərə toxunaraq bildirib ki, bu mövzular beynəlxalq hüquq çərçivəsində həllini tapmalıdır.

Onun sözlərinə görə, zərurət yaranarsa, tərəflər beynəlxalq məhkəmə instansiyasına müraciət edə bilərlər:

“Əgər belə bir ehtiyac olarsa, həll yolu beynəlxalq hüquq çərçivəsində tapıla bilər”.

Qeyd edək ki, Egey dənizində kontinental şelf və müstəsna iqtisadi zonalar məsələsi uzun illərdir Ankara ilə Afina arasında əsas mübahisə mövzularından biri olaraq qalır.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
49
globalinfo.az

1Mənbələr