AZ

Naftalanda yaşayış evində 54 yaşlı kişinin meyiti tapılıb

ain.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Naftalanda yaşayış evində 54 yaşlı kişinin meyiti aşkarlanıb.APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində yerləşən evlərin birində qeydə alınıb.

Bildirilib ki, Laçın rayon sakini, 1972-ci il təvəllüdlü R. Həsənovun meyiti Naftalanda yaşadığı evdə tapılıb. Ölümün səbəbi hələ məlum deyil.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
6
apa.az

7Mənbələr