AZ

​Heç kim ona 62 yaş vermir -

Türkiyə pop musiqisinin ulduzlarından olan Yonca Evcimik 1991-ci ildə çıxan “Abone” albomu ilə böyük məşhurluq qazandı. 62 yaşlı müğənni enerjisi və görünüşü ilə gəncləri heyrətləndirməyə davam edir. Metbuat.az xəbər verir ki, Yonca Evcimik formda qalmasının səbəbini aktiv həyat tərzi keçirməyi və idmanla məşğul olmağı ilə izah edir. Sosial mediada və mətbuatda tez-tez estetik əməliyyat iddiaları ilə gündəmə gələn sənətçi bədxahlarına belə cavab verib: “Gənc qalmaq üçün estetik əməliyyat yox, sağlam həyat tərzi vacibdir”.

Müğənninin paylaşdığı motivasiya dolu mesajlar yaşının irəliləməsinə baxmayaraq fiziki və ruhi sağlamlığını qorumağa çalışan izləyicilər üçün ilham mənbəyidir. Bu baxımdan, Yonca Evcimik sənəti ilə yanaşı sağlamlığı və həyat enerjisi ilə də diqqət çəkir.

Seçilən
58
metbuat.az

1Mənbələr