Bakivaxti portalından verilən məlumata əsasən, ain.az bildirir.
Rusiyanın Ukraynaya qarşı apardığı genişmiqyaslı müharibəyə son qoymağa kömək edə biləcək təşəbbüslər təşviq olunmalıdır.
Bakıvaxtı.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rütte Brüsseldə Alyansa üzv ölkələrin müdafiə nazirlərinin iclası ərəfəsində keçirilən mətbuat konfransında bildirib.
“Fransa Prezidenti Emmanuel Makronun təklif etdiyi kimi, Avropa ölkələrinin Moskva ilə dialoqu bərpa etməsini təşviq edəcəkmi?”, - sualına cavabında Rütte qeyd edib ki, bu məsələ ilə bağlı müttəfiqlərə məsləhət vermək onun işi deyil:
“Əlbəttə, hər bir müttəfiq azaddır və fransızların etdiyini edə bilər. Mən bilirəm ki, onlar digər müttəfiqlərlə, ABŞ və Avropa ilə sıx koordinasiya aparırlar. Onların gördüyü işlərlə bağlı tam şəffaflıq var. Bu dəhşətli müharibənin mümkün qədər tez başa çatmasına imkan verəcək hər bir təşəbbüsü təşviq edərdim. Hamımız razıyıq ki, əsas məsələ ABŞ-ın liderliyidir”.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.