AZ

Novxanıda sürət qatarı piyadanı vurub

Bakı-Sumqayıt marşrutu üzrə hərəkətdə olan sürət qatarı Novxanı sahəsindən keçən hissədə piyadanı vurub. Belə ki, dəmir yolu xəttinə çıxan orta yaşlı kişi qatarın vurması nəticəsində həyatını itirib.

Hadisədən sonra qatarın hərəkəti müvəqqəti olaraq dayandırılıb. Əraziyə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və fakt üzrə araşdırmalara başlanılıb. Hazırda hadisənin başvermə şəraiti və səbəbləri dəqiqləşdirilir.

Mətləb

Seçilən
24
1
sia.az

2Mənbələr