AZ

Şərurda avtomobil "TIR"la toqquşub, xəsarət alanlar var

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Şərur–Sədərək magistral yolunun rayonun Daşarx kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "LADA 2107" markalı nəqliyyat vasitəsi Türkiyə dövlət nömrə nişanlı yük avtomobili (TIR - Qeyd) ilə toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü və sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Şərur Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisə nəticəsində minik avtomobilinə ciddi ziyan dəyib. Əraziyə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

"Report"

Seçilən
9
2
ikisahil.az

3Mənbələr