AZ

Venesuela və ABŞ enerji sahəsində əməkdaşlıq proqramı hazırlayacaq

BAKI, 12 fevral. TELEQRAF

Venesuela və ABŞ enerji sahəsində əməkdaşlıq proqramı hazırlamaq barədə razılığa gəlib.

Teleqraf xəbər verir ki, bu barədə Venesuela prezidentinin səlahiyyətli nümayəndəsi Delsi Rodrigez Karakasda ABŞ-nin energetika naziri Kris Raytla görüşün yekunlarına dair açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırlanan proqram uzunmüddətli tərəfdaşlığın əsasını təşkil edəcək. Rodrigez vurğulayıb ki, əsas və birinci hədəf uzun illər davam edəcək əməkdaşlıq modelinin qurulmasıdır.

Qeyd edək ki, bundan əvvəl ABŞ Maliyyə Nazirliyinin Venesuelaya neft hasilatı üçün texnologiyaların tədarükünə lisenziya verdiyi barədə məlumat yayılmışdı.

Seçilən
40
teleqraf.com

1Mənbələr