AZ

KİV: ABŞ ikinci aviadaşıyıcını Yaxın Şərqə göndərməyə hazırlaşır

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Pentaqon ikinci aviadaşıyıcı zərbə qrupunun Yaxın Şərq regionuna göndərilməsi üçün hazırlıqlara başlanılması barədə göstəriş verib.

Oxu.Az bildirir ki, bu barədə "The Wall Street Journal" nəşri amerikalı məmurlara istinadən xəbər verir.

Bundan əlavə, nəşrin həmsöhbətlərindən biri qeyd edib ki, missiyanın başlanması barədə birbaşa əmr amerikalı hərbi qulluqçulara artıq yaxın saatlarda verilə bilər.

Qeyd edək ki, "USS Abraham Lincoln" aviadaşıyıcısı artıq bölgədədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
oxu.az

1Mənbələr