AZ

Dünya mediası Ceyms Devid Vensin Bakıya səfərini geniş işıqlandırıb

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana səfəri dünya mediasının diqqət mərkəzində olub. Bu barədə “Azərtac” məlumat yayıb.

Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Vens arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası, eləcə də birgə mətbuat bəyanatında səsləndirilən fikirlər aparıcı beynəlxalq KİV-lər tərəfindən geniş işıqlandırılıb.

ABŞ mediası – Associated Press, CNN, Fox News, ABC, The Washington Post, PBS və digər qurumlar səfəri və birgə bəyanatı canlı yayımlayıb.

“The Washington Post” yazıb ki, Vens səfər zamanı sovet dövründən qalan dəmir yolu xəttinin yenidən qurulması əsasında “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) yaradılması planlarını təqdim edib. Marşrutun Azərbaycanı Ermənistan ərazisindən keçməklə Naxçıvan və Türkiyə ilə birləşdirəcəyi qeyd olunur.

Reuters agentliyi bildirib ki, imzalanmış sənəd ABŞ–Azərbaycan münasibətlərində yeni mərhələnin başlanğıcını ifadə edir. Agentlik həmçinin Vensin Azərbaycanın ərazi sularının mühafizəsi üçün ABŞ tərəfindən gəmilər göndəriləcəyini açıqladığını vurğulayıb.

Fransanın AFP agentliyi yazıb ki, Vens sənədin iki ölkə arasında münasibətlərin davamlı xarakterini nümayiş etdirdiyini bildirib.

Türkiyə, Rusiya, Almaniya və digər ölkələrin media qurumları da səfər, imzalanmış sənədlər və regional əməkdaşlıq perspektivləri barədə məlumat yayıb.

N.Təbrizli

Seçilən
29
18
anews.az

10Mənbələr