AZ

Çox evdə var, amma faydasını bilən yoxdur Ağır xəstəliyin dərmanıdır

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Kasablanka Universitetinin son araşdırması tibb dünyasında ciddi maraq doğurub. İllərdir dəri baxımı və yaraların müalicəsi ilə tanınan aloe vera bitkisinin, sən demə, insan beyni üçün də əvəzsiz faydaları varmış. Mərakeşli alimlərin apardığı elmi analizlər göstərir ki, bu bitki yaddaşın düşməni olan Alzheimer xəstəliyi ilə mübarizədə inqilabi bir vasitəyə çevrilə bilər.Demokrat.az xəbər verir ki, tədqiqatın əsas mərkəzində aloe yarpaqlarının tərkibindəki beta-sitosterin maddəsi dayanır. Məlum olub ki, bu birləşmə beyində öyrənmə və diqqət funksiyalarını idarə edən neyromediatorların, xüsusən də asetilxolinin parçalanmasının qarşısını alır. Bir növ beyin hüceyrələri arasında informasiya ötürülməsini təmin edən "körpüləri" qoruyaraq yaddaşın itməsini ləngidir.Maraqlıdır ki, beta-sitosterin bədən tərəfindən çox rahat mənimsənilir və demək olar ki, heç bir toksik təsiri yoxdur. Bu amil gələcəkdə bitki mənşəli, daha təhlükəsiz Alzheimer dərmanlarının hazırlanması üçün yeni qapılar açır. Laboratoriya analizləri aloenin sadəcə kosmetik vasitə deyil, həm də zehni qocalmanın qarşısını alan güclü xammal ola biləcəyini sübut edir.Hələlik bu kəşf kompüter modelləşdirmələri səviyyəsində olsa da, nəticələr olduqca ümidvericidir. Mütəxəssislər aloe veranın rəsmi müalicə protokoluna daxil edilməsi üçün insanlar üzərində geniş klinik sınaqların vacibliyini qeyd edirlər. Görünən odur ki, təbiətin bu möcüzəvi bitkisi hələ uzun müddət alimlərin diqqət mərkəzində qalacaq.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
58
demokrat.az

1Mənbələr