AZ

Ukrayna prezident seçkisi və referenduma hazırlaşır? - Zelenski "kodları" açır

"Ukrayna Moskva ilə atəşkəs elan edilənə və təhlükəsizlik zəmanətləri  alınana qədər seçkilər keçirməyəcək".

Bakıvaxtı.az "LeFigaro.fr"ə istinadən xəbər verir ki, bu barədə Prezident  Vladimir Zelenski Kiyevin yaxın gələcəkdə prezident seçkiləri və referendum planlaşdırdığı barədə iddialara cavab olaraq bildirib. O qeyd edib ki, bütün zəruri təhlükəsizlik təminatları təmin edildikdə seçkilər reallaşa bilər:"Bunu etmək çox asandır: atəşkəs elan olunsa, seçkilər olacaq".

Qeyd edək ki, Londonda yerləşən "Financial Times" qəzetində ABŞ-nin təzyiqi altında Ukraynanın may ayının ortalarından əvvəl prezident seçkiləri və Rusiya ilə potensial sülh müqaviləsi üzrə referendum keçirəcəyi barədə məqalə dərc olunub.

Aydın Baxış

Seçilən
44
1
bakivaxti.az

2Mənbələr