Misli Premyer Liqasının 19-cu turundakı hakim qərarları müzakirə yaradıb.
QOL.az xəbər verir ki, söhbət “Şamaxı” - “Qarabağ” (1:2) və “Neftçi” - “Qəbələ” (1:0) matçlarındakı hakim qərarlarından gedir.
Bir-birindən qətiyyən fərqlənməyən iki epizodda hakim Kamal Umudlu “Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadəyə ikinci sarı vərəqəni göstərmir, “Neftçi”nin futbolçusu Elvin Bədəlov isə ikinci “sarı” ilə (baş hakim Əliyar Ağayev) meydandan qovulur.