Ukrayna prezidenti Vladimir Zelenskiyə ölkənin iki böyük şəhərini itirə biləcəyi ilə bağlı xəbərdarlıq edilib.
Publika.az xəbər verir ki, bu barədə amerikalı hərbi-siyasi ekspert Gilbert Doktorou açıqlama verib. Onun sözlərinə görə, Ukraynadakı münaqişə hazırkı templə davam edərsə, Rusiya qoşunları Dnepr çayına qədər irəliləyə bilər.
Ekspert bildirib ki, belə bir ssenari baş verərsə, Xarkov və Odessa kimi iri şəhərlərin də təhlükə altına düşməsi mümkündür. Doktorounun fikrincə, cəbhədə vəziyyət Ukrayna üçün çətin olaraq qalır və rəsmi Kiyev bunu nəzərə almalıdır.