AZ

Qəzzada silah anbarına zərbə: Yeni müharibə riski artır?

Bakivaxti portalından alınan məlumata görə, ain.az xəbər verir.

Yaxın Şərqdə gərginlik yenidən artmaqdadır. İsrail və HƏMAS arasında atəşkəsin taleyi sual altına düşüb, tərəflərin qarşılıqlı bəyanatları və hərbi əməliyyatları bölgədə vəziyyəti daha da mürəkkəbləşdirir.

ABŞ rəsmilərinin sərt açıqlamaları, İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi əməliyyatlar və HƏMAS-ın cavab vədləri regionda yeni qarşıdurma ehtimalını gündəmə gətirib.

Mövcud proseslərin hansı istiqamətdə inkişaf edəcəyi və bunun regional güclər arasındakı münasibətlərə necə təsir göstərəcəyi isə əsas müzakirə mövzusudur.

Əgər HƏMAS rəhbəri “gözləməklə” məqsədinə çatacağını və silahlarını əlində saxlaya biləcəyini düşünürsə, deməli, açıq-aşkar eşitmə problemi var. Bunu ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi deyib.

O bildirib ki, Tramp onlara açıq-aşkar deyib ki, sizin Qəzzada gələcəyiniz yoxdur.

Qeyd edək ki, ötən gün İsrail ordusu Qəzza zolağında HƏMAS-ın silah anbarına zərbə endirib.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən siyasi şərhçi Tural İrfan deyib ki, İsrail və HƏMAS arasında atəşkəsin pozulması mənfi nəticələrə gətirib çıxara bilər.  

Ekspertin sözlərinə görə, ABŞ-nin İrana hərbi müdaxiləsi təxirə düşdükcə, İsrail səbirsizləşir: 

“Ola bilsin, İsrail atəşkəsin pozulmasında maraqlıdır. Çünki İranın da HƏMAS-ı təhrik etmək planı ola bilər. Hazırda İran siyasiləri Husilərlə də görüşlər keçirir. İran raketlərin yönünü İsrailə çevirib".

Tural İrfan:  Hər halda HƏMAS-la İsrail arsında gərginliyin artması yaxşı hal deyil

Həmsöhbətimiz qeyd edib ki,  mümkün müharibə zamanı bu raketlər işə düşər və HƏMAS bu fürsətdən yararlanıb yenidən hərəkətə keçə bilər:

"Bunlar ehtimallardır. Hər halda HƏMAS-la İsrail arsında gərginliyin artması yaxşı hal deyil. ABŞ və Türkiyə mümkündür ki, gərginliyin aradan qaldırılmasında səylər göstərsin. İranla danışıqlar nəticə verməyincə, İsrailin HƏMAS-la atəşkəsi pozması yeni müharibəyə yol aça bilər”.

Aydın Baxış

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
bakivaxti.az

1Mənbələr