AZ

ABŞ Rusiya neftinə qarşı sanksiyaların ləğvi üçün şərt qoyub

Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsi başa çatarsa ​, Venesuela və İrandakı vəziyyət sabitləşərsə, bu, neft qiymətlərini əhəmiyyətli dərəcədə aşağı salacaq...

Poliqon xəbər verir ki, bunu ABŞ maliyyə naziri Skott Bessent Fox News-da bildirib.

"Sülh razılaşmaları ilə neft qiymətlərində əhəmiyyətli dərəcədə eniş müşahidə edə bilərik. Venesuela, İran, eləcə də Rusiya və Ukrayna ilə problemlər həll olunarsa, bazara külli miqdarda Xəzinədarlıq tərəfindən sanksiya edilmiş neft daxil ola bilər", deyə o bildirib.

Eyni zamanda, Bessent vurğulayıb ki, bu cür dəyişikliklər yalnız müharibənin rəsmi başa çatmasından və müvafiq beynəlxalq müqavilələrin bağlanmasından sonra baş verəcək. Nazir qeyd edib ki, bu, yalnız dünya bazarında neft həcminin artmasına imkan verməyəcək, həm də dünya enerji qiymətlərinin sabitləşməsi üçün bir siqnal olacaq.

Mütəxəssislərin fikrincə, Bessentin açıqladığı ehtimal, Rusiyanın Ukrayna ilə sülh müqaviləsinin şərtlərini yerinə yetirməsi şərtilə, ABŞ-ın sanksiya siyasətinə çevik yanaşmasını göstərbi.

Ekspertlər hesab edirlər ki, Rusiya neftinə qarşı sanksiyaların ləğvi enerji bazarında ən əhəmiyyətli dəyişikliklərdən biri olacaq, digər enerji mənbələrindən asılılığı azaldacaq və ABŞ, Avropa və Asiyadakı istehlakçılar üçün qiymətləri sabitləşdirəcək.

Poliqon.info

Seçilən
18
poliqon.info

1Mənbələr