AZ

Bakıda ötən il tıxac yaradan nasaz avtomobillərin sayı məlum oldu

Bakı.Trend:

2025-ci il ərzində 1889 texniki nasaz nəqliyyat vasitəsininyolda qalması paytaxt yollarında uzunmüddətli tıxaclara səbəbolub.

Trend xəbərverir ki, bu barədə BDYPİ məlumat yayıb.

Bildirilir ki, nəqliyyat vasitəsi sıradan çıxdıqda və yadayanmanın qadağan edildiyi yerdə məcburi dayandıqda, habeləsutkanın qaranlıq vaxtı yolun işıqlandırılmayan sahəsində, yaxudməhdudiyyətli görünmə şəraitində dayandıqda digər hərəkətiştirakçılarını vaxtında xəbərdar etmək üçün qanunla nəzərdətutulan təhlükəsizlik tədbirləri görülməlidir.

"İlk növbədə qəza dayanma nişanı qurulmalı, qəza işıq siqnalıyandırılmalıdır. Qəza dayanma nişanı nəqliyyat vasitəsindən ən azı30 metr məsafədə elə quraşdırılmalıdır ki, digər sürücülər onuvaxtında görə bilsin. Hərəkət intensiv olduqda qəza dayanma nişanı,yaxud yanıb-sönən qırmızı işıqlı portativ fənər avtomobilin üstündəqoyula bilər",- məlumatda qeyd edilir.

Məqalədə:
Seçilən
112
az.trend.az

1Mənbələr