Müəllif:Mehin Qasımova,Banco.az
Böyük Britaniya Ukraynaya Amerika silahlarının alınması üçün 150 milyon funt sterlinq ayırmağa razılıq verib.
Banco.az xəbər verir ki, "Politico"nun məlumatına görə,Böyük Britaniya təşəbbüsə qoşulan sonuncu NATO müttəfiqi olub.
NATO ölkələri artıq PURL proqramı çərçivəsində Kiyev üçün 4,5 milyard dollardan çox dəyərində Amerika silahı almağa öhdəlik götürüblər.
PURL təşəbbüsü 14 iyulda ABŞ Prezidenti Donald Tramp və NATO-nun baş katibi Mark Rutte tərəfindən elan edilib. Bu təşəbbüs hava hücumundan müdafiə sistemləri, sursat və ehtiyat hissələri də daxil olmaqla, Amerika istehsalı olan silahların alınması üçün nəzərdə tutulub. Ukrayna üçün Amerika silahlarının alınmasını maliyyələşdirmək təşəbbüsü ABŞ administrasiyasının Kiyevə pulsuz silah tədarük etməkdən imtina etməsindən sonra ortaya çıxıb.
PURL çərçivəsində Ukraynaya yardım məsələsi 12 fevralda Brüsseldə keçiriləcək NATO müdafiə nazirlərinin görüşündə əsas mövzu olacaq.