NATO-nun baş katibi Mark Rutte Suvalki boşluğunun blokadaya alınması ilə bağlı iddia edilən təhdid barədə şərh verib.
Bu barədə Polşa Radiosu məlumat yayıb .
Rusiyanın Polşa və Litva ərazilərini təcrid edə biləcəyi ilə bağlı suala Rutte belə cavab verib: “Heç kim bizə hücum edilə biləcəyini düşünməsin, reaksiyamız sarsıdıcı olacaq”.
O, həmçinin qeyd edib ki, NATO müttəfiqləri müntəzəm olaraq kəşfiyyat məlumatlarına əsaslanan bütün mümkün ssenariləri nəzərə alan təlimlər keçirirlər.