“İmişli”nin baş məşqçisi Jorje Kaşkilya rəhbərliyin transfer siyasətindən narazıdır.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, portuqaliyalı mütəxəssis komandaya qoşulan yeni oyunçuların səviyyələrini bəyənmir. Rəhbərliyin qışda heyətə qatdığı gənc futbolçular – Nazim Hüseynov və Riad Abbaszadə məşqçinin istəyi ilə alınmayıb.
O, komandanın güclənməli olduğunu və bu oyunçuların yetərli olmadığını bildirir. Kaşkilya narazılığını komanda daxilində də dilə gətirib.
Rəhbərliyin gənc və aşağı səviyyəli futbolçulara yönəlməsinin “İmişli”ni zəiflətdiyini düşünən mütəxəssis bunu heç cür rəhbərliyə izah edə bilmir.
Xatırladaq ki, bölgə təmsilçisi hazırda 19 xalla 9-cu sıradadır.