AZ

Hökməli dairəsində yol çöküb; qəza riski artır VİDEO

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Abşeron rayonu Hökməli dairəsinin yaxınlığında, Sulutəpə (Çiçək) qəsəbəsinin girişində yol örtüyü çöküb.

Avtosfer.az xəbər verir ki, ərazidə asfalt qatında yaranan çökmə sürücülər üçün ciddi təhlükə yaradıb. Yolun hərəkət hissəsində əmələ gələn dərin çuxur nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir və qəza riskini artırır.

Sakinlərin sözlərinə görə, bu ərazidə oxşar hal daha əvvəl də qeydə alınıb. Həmin vaxt yolda yaranmış çuxura bir avtomobil düşmüş və nəqliyyat vasitəsinə ziyan dəymişdi. İndi isə problemin yenidən təkrarlanması narahatlıq doğurur.

Sakinlər bildirir ki, xüsusilə axşam saatlarında və işıqlandırmanın zəif olduğu vaxtlarda sürücülər çöküntünü gec fərq edir. Bu isə qəfil manevrlərə və zəncirvari qəza ehtimalına səbəb ola bilər.

Sakinlər və sürücülər aidiyyəti qurumlardan ərazidə təcili təmir-bərpa işlərinin aparılmasını və təhlükəsizlik tədbirlərinin gücləndirilməsini xahiş edirlər.

Eltac

Oxunub 246

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
45
avtosfer.az

1Mənbələr