Bu gün UEFA Millətlər Liqasında yeni mövsümün püşkü atılacaq.
İdman.Biz xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə keçiriləcək püşkatma mərasimində Azərbaycan millisinin D Liqasındakı rəqibləri məlum olacaq. Tədbir Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Ayxan Abbasovun baş məşqçisi olduğu komanda püşkatma zamanı 1-ci səbətdə yer alacaq. Burada 6 ölkənin yığması hərəsində 3 komanda olan 2 qrupa bölünəcək. Komandalar bir-birinə qarşı ev və səfər prinsipi olmaqla 4 matç keçirəcəklər.
D Liqasında mübarizə aparacaq 4 milli komanda məlumdur. Digər iki yığma bu ilin mart ayında təşkil olunacaq pley-off oyunlarından sonra dəqiqləşəcək.
UEFA Millətlər Liqası
2026/2027 mövsümü
A Liqası
1-ci səbət: Portuqaliya, İspaniya, Fransa, Almaniya
2-ci səbət: İtaliya, Niderland, Danimarka, Xorvatiya
3-cü səbət: Serbiya, Belçika, İngiltərə, Norveç
4-cü səbət: Uels, Çexiya, Yunanıstan, Türkiyə
B Liqası
1-ci səbət: Şotlandiya, Macarıstan, Polşa, İsrail
2-ci səbət: İsveçrə, Bosniya və Herseqovina, Avstriya, Ukrayna
3-cü səbət: Sloveniya, Gürcüstan, İrlandiya, Rumıniya
4-cü səbət: İsveç, Şimali Makedoniya, Şimali İrlandiya, Kosovo
C Liqası
1-ci səbət: İslandiya, Albaniya, Monteneqro, Qazaxıstan
2-ci səbət: Finlandiya, Slovakiya, Bolqarıstan, Ermənistan
3-cü səbət: Belarus, Farer adaları, Kipr, Estoniya
4-cü səbət: Latviya/Cəbəllütariq cütünün qalibi, Lüksemburq/Malta cütünün qalibi, Moldova, San Marino
D Liqası
1-ci səbət: Azərbaycan, Litva, Latviya/Cəbəllütariq cütünün məğlubu, Lüksemburq/Malta cütünün məğlubu
2-ci səbət: Lixtenşteyn, Andorra
Qeyd edək ki, UEFA Millətlər Liqasında yeni mövsüm sentybarın 24-də start götürəcək.