Bəzi Avropa liderləri “demokratiyanı qurmaq” üçün Gürcüstana tanklar göndərməyə hazırdır.
Adalet.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.
“Brüssel və digər Avropa ölkələrinin paytaxtlarında bəzi siyasətçilər yalnız Tiflisə qarşı sanksiyalarla kifayətlənmək niyyətində deyil, əksinə “demokratiyanı bərqərar” etmək üçün Gürcüstana tanklar yeritməyə hazırdırlar”, - o bildirib.