AZ

"iPhone" və "iPad"lərin əməliyyat sisteminə yeniləmə gəlib

Bakı. Trend:

"Apple" öz mobil cihazları üçün iOS 26.3, iPadOS 26.3 və digərversiyaların yeniləməsini təqdim edib.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, xətaların və təhlükəsizliklə bağlı boşluqlarınaradan qaldırılması ilə yanaşı sistemə "iPhone"dan Androidəməliyyat sistemi ilə işləyən qurğulara məlumatların köçürülməsiüçün alət əlavə edilib. İstifadəçilər üçüncü tərəf xidmətlərindənistifadə etmədən fotoşəkilləri, mesajları, qeydləri, tətbiqləri,parolları və digər məzmunu ötürə biləcəklər.

Yeniləmədə həmçinin, mobil operator tərəfindən dəqiqgeolokasiyanın izlənməsinin məhdudlaşdırılması funksiyası əlavəolunub.

Bu yenilik yalnız i"Phone Air", "iPhone 16e" və "M5" çipli "iPadPro" modellərində, ABŞ, Almaniya, Tailand və Böyük Britaniyada bəzioperatorlar üçün əlçatandır.

Seçilən
58
az.trend.az

1Mənbələr