AZ

Bu gün UEFA Millətlər Liqasında yeni mövsümün püşkü atılacaq - millimizin rəqibləri bəlli olacaq

Bu gün UEFA Millətlər Liqasında yeni mövsümün püşkü atılacaq.

Sportal.az xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə keçiriləcək tədbirdə D Liqasına yuvarlanmış Azərbaycan milli komandasının da rəqibləri müəyyənləşəcək.

Püşkatmaya Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Ayxan Abbasovun baş məşqçisi olduğu yığmamız püşkatmada 1-ci səbətdə yer alacaq. Komandamız 3 komandadan ibarət qrupda rəqibləri ilə ev-səfər prinsipi ilə 4 oyun keçirəcək.

D Liqasının son iki komandası gələn ay baş tutacaq pley-off görüşləridən sonra dəqiqləşəcək.

Qeyd edək ki, turnirdə yeni mövsüm sentybarın 24-də start götürəcək.

UEFA Millətlər Liqası. 2026/2027-ci illər mövsümü

A Liqası

1-ci səbət: Portuqaliya, İspaniya, Fransa, Almaniya

2-ci səbət: İtaliya, Niderland, Danimarka, Xorvatiya

3-cü səbət: Serbiya, Belçika, İngiltərə, Norveç

4-cü səbət: Uels, Çexiya, Yunanıstan, Türkiyə

B Liqası

1-ci səbət: Şotlandiya, Macarıstan, Polşa, İsrail

2-ci səbət: İsveçrə, Bosniya və Herseqovina, Avstriya, Ukrayna

3-cü səbət: Sloveniya, Gürcüstan, İrlandiya, Rumıniya

4-cü səbət: İsveç, Şimali Makedoniya, Şimali İrlandiya, Kosovo

C Liqası

1-ci səbət: İslandiya, Albaniya, Monteneqro, Qazaxıstan

2-ci səbət: Finlandiya, Slovakiya, Bolqarıstan, Ermənistan

3-cü səbət: Belarus, Farer adaları, Kipr, Estoniya

4-cü səbət: Latviya/Cəbəllütariq cütünün qalibi, Lüksemburq/Malta cütünün qalibi, Moldova, San Marino

D Liqası

1-ci səbət: Azərbaycan, Litva, Latviya/Cəbəllütariq cütünün məğlubu, Lüksemburq/Malta cütünün məğlubu

2-ci səbət: Lixtenşteyn, Andorra

saytlarin hazirlanmasi

Seçilən
27
24
sportal.az

10Mənbələr