AZ

Pentaqon İrana qarşı hərbi əməliyyat üçün ikinci təyyarədaşıyan gəmini hazırlayır

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Yaxın Şərqə göndəriləcək ikinci bir aviadaşıyıcı zərbə qrupunun hazırlanmasını əmr edib.

Missiya.Az xəbər verir ki, "The Wall Street Journal" qəzeti bu barədə məlumat yayıb.

ABŞ Prezidenti Donald Tramp İranla danışıqların uğursuz olacağı təqdirdə hərbi əməliyyatlara hazırlıq məqsədilə bölgəyə ikinci təyyarədaşıyan gəmi göndərməyi düşündüyünü bildirib.

Mənbələrə görə, yerləşdirmə əmri bir neçə saat ərzində verilə bilər. Rəsmilər hələlik yekun qərarın verilmədiyini və planların dəyişə biləcəyini vurğulayırlar.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
30
missiya.az

1Mənbələr