AZ

Azərbaycan üzərindən Ermənistana yüklərin daşınması müntəzəm xarakter alıb RDY

ain.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Azərbaycan vasitəsilə Ermənistana taxıl tədarükü müntəzəm xarakter alıb.

Ölkə.az xəbər verir ki, bunu "Rusiya Dəmir Yolları" (RDY) ASC-nin sədrinin birinci müavini Sergey Pavlov deyib. 

Pavlov qeyd edib ki, Azərbaycan ərazisindən Ermənistana yük daşınmasına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasının ardınca uzun illərdən sonra ilk taxıl qatarı 2025-ci ilin noyabr ayında Rusiyadan Ermənistana yola düşüb.

"Çatdırılmalar artıq müntəzəm hala gəlib. Biz bu marşrut üzrə daşımaları daha da inkişaf etdirməyi planlaşdırırıq", - o qeyd edib.

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
2
olke.az

3Mənbələr