AZ

Məxfi sənədləri dayanacaqda unudan səfirin başı dərddə: Bu dəfə 29 yaşlı sevgilisi tapıldı

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Britaniyanın NATO-dakı səfiri, 55 yaşlı Angus Lepslinin keçmiş təcrübəçisi və köməkçisi olan 29 yaşlı italyan Françeska Kortini ilə münasibətinin üzə çıxıb.

Bndan sonra mübahisələr başlayıb. 

“Cebheinfo.az” “Daily Mail”ə istinadən xəbər verir ki, cütlük Kortini NATO qərargahında təcrübə keçərkən tanış olub. 

Kortini 27 yaşında, Lepsli isə artıq 50 yaşlarında idi. Üstəlik səfirin başı onsuz da qalmaqalda idi. Beləki, o, bir müddət əvvəl Kentdəki avtobus dayanacağında 50 səhifəlik "məxfi" qeydli sənədi unutmuşdu və buna görə vəzifəsini itirmək üzrə idi.

İndi isə məlum olub k, sevgililər hətta Belçikadakı dəbdəbəli Britaniya iqamətgahında - səfirin istifadə etmək hüququ olan və iki həmkarı ilə bölüşdüyü beşmərtəbəli malikanədə vaxt keçiriblər. Mənbəyə görə, cütlük münasibətlərini gizlətmir və Françeska Milad və yay qəbullarında da görünüb.

Məlumata görə, Lepsli hətta şəxsi həyatının təfərrüatlarının tezliklə ictimaiyyətə açıqlanacağı məlum olduqdan sonra NATO qərargahında görüşü ləğv edib. Britaniya mediasının məlumatına görə, məsələ ittifaqdakı ən yüksək rütbəli Britaniya hərbi rəsmisi, admiral ser Keyt Blounta da çatıb.

Böyük Britaniyanın AB-dəki gələcək səfiri Dama Kerolayn Vilson da narahatlığını ifadə edərək, cütlüyün Brüsseldəki Rue Ducale küçəsindəki nüfuzlu yerdə birgə yaşamasını "yersiz" adlandırıb.

Buna baxmayaraq, daxili araşdırmadan sonra NATO bu münasibətin mövcud qaydaları pozmadığı qənaətinə gəlib. Alyans bildirib ki, liderlərdən hər hansı bir faktiki və ya potensial maraq toqquşmasını elan etmələri tələb olunsa da, romantik münasibətlər özlüyündə işdən çıxarılma üçün əsas hesab edilmir.  

Britaniya Silahlı Qüvvələrindən fərqli olaraq, bu cür münasibətlərin işdən çıxarılma ilə nəticələnə biləcəyi gözlənilmir. Xatırladaq ki, ötən il Kral Dəniz Qüvvələrinin keçmiş rəhbəri admiral Ben Kay tabeliyində olan şəxslə münasibətə görə vəzifəsini və rütbəsini itirib.

Media yazır ki, Lepsli yeni münasibətləri barədə rəhbərlərinə məlumat verib. Məlum olub ki, Bu münasibət onun iki uşağı olan həyat yoldaşı Gina ilə ayrılmasından sonra başlayıb.

Lepsli itirilmiş sənədlər qalmaqalından təxminən dörd il sonra, 2025-ci ildə NATO-ya səfir təyin edilib. O dövrdə o, Müdafiə Nazirliyinin Strategiya və Beynəlxalq Əlaqələr üzrə direktoru idi və Xarici İşlər Nazirliyindən təyinat almışdı.

Əlli səhifəlik məxfi sənəd avtobus dayanacağında yoldan keçən bir şəxs tərəfindən tapılıb. Sənədlər Kabildəki Britaniya xüsusi təyinatlı qüvvələrinin gizli yerlərini ətraflı izah edib. Hadisə ABŞ-də kəskin reaksiyaya səbəb olub və bunun Cənubi Asiyadakı hərbçiləri təhlükəyə ata biləcəyi ilə bağlı narahatlıqlar  yaranıb.

Hadisədən sonra Lepslinin təhlükəsizlik icazəsi müvəqqəti olaraq dayandırılıb, lakin araşdırmadan sonra bərpa edilib. 

Xəzər

“Cebheinfo.az”

Açar sözlər:

səfir sənədlər

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
1
cebheinfo.az

2Mənbələr