ABŞ vitse-prezidenti, İranın daxili məsələlərinə münasibət bildirərkən, jurnalistin sualına cavab verib. Vətəninfo.az xəbər verir ki, vitse-prezident Vens, İran xalqının rejim dəyişikliyi istədiyi təqdirdə, bunun yalnız İran xalqının öz qərarı olduğunu qeyd edib.
“İran xalqı rejimi devirmək istəyirsə, bu, İran xalqının öz ixtiyarındadır,” – deyə Vens bildirib.
Vitse-prezident, ABŞ-ın əsas diqqətinin isə İranın nüvə silahına sahib olmamasını təmin etmək olduğunu vurğulayıb. ABŞ hökuməti bu məsələyə fokuslanaraq, regiondakı təhlükəsizliyi təmin etməyə çalışır.