AZ

İran sərhədi yaxınlığında ABŞ kəşfiyyat təyyarəsi görünüb

RİA Novosti uçuş məlumatlarına əsasən xəbər verir ki, dünən ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus Boeing P-8A Poseidon sualtı qayıq əleyhinə təyyarəsi və MQ-4C Triton kəşfiyyat pilotsuz təyyarəsi İran sərhədi yaxınlığında dövrə vurub. Təyyarə Bəhreyndən yola düşərək Hörmüz boğazı üzərindən dövrə vurub, PUA isə Əbu-Dabidən Oman körfəzinə doğru hərəkət edib.

Xatırladaq ki, bu həftə ABŞ-İran danışıqlarının yeni mərhələsi planlaşdırılır. Tramp əvvəllər yalnız İranı nüvə və raket proqramlarından məhrum edən bir razılaşma ilə kifayətlənəcəyini bildirmişdi.

Seçilən
19
2
veteninfo.az

3Mənbələr