AZ

ABŞ kəşfiyyat təyyarəsi və dronları ilə İran yaxınlığında uçuşlar həyata keçirir

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus Boeing P-8A Poseidon kəşfiyyat təyyarəsi və MQ-4C Triton pilotsuz uçuş aparatı İran sərhədi yaxınlığında müşahidə edilib. Bu barədə RİA Novosti-nin məlumat yayıb. 

P-8A Poseidon Bəhreyndən qalxaraq Hörmüz boğazı üzərində patrul edib, MQ-4C dronu isə Əbu-Dabidən qalxaraq Oman körfəzində uçuşlar həyata keçirib.

ABŞ prezidenti Donald Tramp İranın nüvə silahı inkişafına mane olmaq üçün razılaşma tələb edir, əks halda İslam Respublikası daha güclü hərbi tədbirlərlə üzləşə bilər. Yanvarın sonunda Vaşinqton Oman və Fars körfəzinə hərbi gəmilər göndərib və Pentaqon rəhbəri Pit Heqset əlavə bölmələrin yerləşdiriləcəyini açıqlayıb.

Aytac 

Seçilən
30
1
anews.az

2Mənbələr