Bu gün UEFA Millətlər Liqasındaın püşkü atılacaq.
Manset.az xəbər verir ki, tədbir Belçikanın paytaxtı Brüsseldə keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Mərasimdə Azərbaycan yığmasının rəqibləri də müəyyənləşəcək. Ayxan Abbasovun baş məşqçilik etdiyi millimiz D Liqasının 1-ci səbətində yer alacaq. Qaydalara əsasən, D liqasında hər birində 3 komanda olmaqla, 2 qrup formalaşdırılacaq. Hər kollektiv isə öz qrupunda 4 oyun keçirəcək.
UEFA Millətlər Liqasında yeni mövsümə sentybarın 24-də start veriləcək.
UEFA Millətlər Liqasının 2026/2027 mövsümü
A Liqası
1-ci səbət: Portuqaliya, İspaniya, Fransa, Almaniya
2-ci səbət: İtaliya, Niderland, Danimarka, Xorvatiya
3-cü səbət: Serbiya, Belçika, İngiltərə, Norveç
4-cü səbət: Uels, Çexiya, Yunanıstan, Türkiyə
B Liqası
1-ci səbət: Şotlandiya, Macarıstan, Polşa, İsrail
2-ci səbət: İsveçrə, Bosniya və Herseqovina, Avstriya, Ukrayna
3-cü səbət: Sloveniya, Gürcüstan, İrlandiya, Rumıniya
4-cü səbət: İsveç, Şimali Makedoniya, Şimali İrlandiya, Kosovo
C Liqası
1-ci səbət: İslandiya, Albaniya, Monteneqro, Qazaxıstan
2-ci səbət: Finlandiya, Slovakiya, Bolqarıstan, Ermənistan
3-cü səbət: Belarus, Farer adaları, Kipr, Estoniya
4-cü səbət: Latviya/Cəbəllütariq cütünün qalibi, Lüksemburq/Malta cütünün qalibi, Moldova, San Marino
D Liqası
1-ci səbət: Azərbaycan, Litva, Latviya/Cəbəllütariq cütünün məğlubu, Lüksemburq/Malta cütünün məğlubu
2-ci səbət: Lixtenşteyn, Andorra