AZ

Bu gün Azərbaycan yığmasının rəqibləri bilinəcək - Millətlər Liqasında

Bu gün UEFA Millətlər Liqasındaın püşkü atılacaq.

Sportinfo.az xəbər verir ki, tədbir Belçikanın paytaxtı Brüsseldə keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Mərasimdə Azərbaycan yığmasının rəqibləri də müəyyənləşəcək.Ayxan Abbasovun baş məşqçilik etdiyi millimiz D Liqasının 1-ci səbətində yer alacaq.

Qaydalara əsasən, D liqasında hər birində 3 komanda olmaqla, 2 qrup formalaşdırılacaq. Hər kollektiv isə öz qrupunda 4 oyun keçirəcək.

UEFA Millətlər Liqasında yeni mövsümə sentybarın 24-də start veriləcək.

UEFA Millətlər Liqasının 2026/2027 mövsümü

A Liqası

1-ci səbət: Portuqaliya, İspaniya, Fransa, Almaniya

2-ci səbət: İtaliya, Niderland, Danimarka, Xorvatiya

3-cü səbət: Serbiya, Belçika, İngiltərə, Norveç

4-cü səbət: Uels, Çexiya, Yunanıstan, Türkiyə

B Liqası

1-ci səbət: Şotlandiya, Macarıstan, Polşa, İsrail

2-ci səbət: İsveçrə, Bosniya və Herseqovina, Avstriya, Ukrayna

3-cü səbət: Sloveniya, Gürcüstan, İrlandiya, Rumıniya

4-cü səbət: İsveç, Şimali Makedoniya, Şimali İrlandiya, Kosovo

C Liqası

1-ci səbət: İslandiya, Albaniya, Monteneqro, Qazaxıstan

2-ci səbət: Finlandiya, Slovakiya, Bolqarıstan, Ermənistan

3-cü səbət: Belarus, Farer adaları, Kipr, Estoniya

4-cü səbət: Latviya/Cəbəllütariq cütünün qalibi, Lüksemburq/Malta cütünün qalibi, Moldova, San Marino

D Liqası

1-ci səbət: Azərbaycan, Litva, Latviya/Cəbəllütariq cütünün məğlubu, Lüksemburq/Malta cütünün məğlubu

2-ci səbət: Lixtenşteyn, Andorra


Seçilən
27
4
sportinfo.az

10Mənbələr