2025-ci il ərzində Rusiyanın ölən və yaralanan hərbçilərinin sayı təxminən 400 min nəfər olub, müharibənin əvvəlindən bəri ümumi itkilər isə 1,3 milyon nəfərə yaxınlaşır.
“İki sahil” xəbər verir ki, bu barədə NATO-nun nümayəndəsi Brüsseldə keçirilən brifinqdə açıqlama verib.
“Rusiyanın itkiləri arasında ölüm hallarının nisbəti bizi təəccübləndirir. Ruslar olduqca ağır itkilərlə üzləşirlər”, - NATO rəsmisi bildirib.