AZ

Yankoviç “Qarabağ”dan gedir? Qurban Qurbanovun ona şans verməməsinin səbəbi bilindi

ain.az bildirir, Footbal-plus portalına istinadən.

“Qarabağ” Misli premyer-liqasının 19-cu tur matçında “Şamaxı”nın meydanından qalib ayrıldı. Ağdamlılar qarlı hava şəraitində keçirilən oyunda çətinliklə istəyinə çatdı. Kamilo Duranın 90+4-cü dəqiqədə vurduğu qol onlara qələbə gətirdi.“Köhlən atlar”ın aparıcı futbolçusu Marko Yankoviçin adı bu matçın iştirak ərizəsində yer almadı. Belədə ortaya onun komandadan ayrılmaq istədiyi haqda iddialar atıldı. Lakin bu, həqiqətəuyğun deyil.“Football-plus.az”ın məlumatına görə, monteneqrolunun matçda iştirak etməməsinin səbəbi cəzalı durumda olmasıdı. Çünki Yankoviç 18-ci turda - “Turan Tovuz”la oyunda sarı vərəqə limitini doldurub. “Zirə”yə qarşı matçlarda iki, “Qəbələ” ilə oyunda bir rəsmi xəbərdarlıqla üzləşən oyunçu “bozqurd”la oyunda dördüncü dəfə sarı vərəqə görüb.Xatırladaq ki, Marko cari mövsümdə “Qarabağ”ın heyətində 25 qarşılaşmada forma geyib, 4 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
1
icma.az

2Mənbələr